İraqın şimalındakı regional administrasiyanın rəhbəri Məsud Bərzani Türkiyə ilə yaxşı münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını bildirib.
İraqın şimalındakı regional idarədən verilən açıqlamada Bərzaninin Türkiyənin Bağdad səfiri Yunus Dəmirər və Ərbildəki baş konsulu Aydın Selceni qəbul etdiyi bildirilib.
Bərzani və Dəmirer görüşdə Türkiyə-İraq münasibətləri və regional hadisələri müzakirə ediblər.
Türkiyə ilə yaxşı münasibətlərin davam etdirilməsinin tərəfdarı olduğunu deyən Bərzani, Türkiyə ilə siyasi, ticari və mədəni əməkdaşlığın da artmasını arzuladığını ifadə etdi.
Bərzaninin bölgədə mühüm rola malik olduğunu deyən Dəmirer, əlaqələrin yaxşılaşmasından bölgənin qazanc əldə edəcəyini bildirib.
(Orijinal hekayə üçün http://www.aa.com.tr/az/headline/102182–barzani-yaxşı-ilişkilərin-davamı-türkiyə)
Bu barədə Anadolu Agentliyi məlumat yayıb



