“Qətərin təcrid edilməsi qeyri-insani və İslam dəyərlərinə ziddir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
“Türkiyə hərbçilərinin Qətərə yerləşdirilməsinə icazə verən qanun layihəsinin qəbulu beynəlxalq ictimaiyyətə açıq bir mesaj kimi təqdim edildi: Doha tək deyil”.
BBC Azərbaycanca
“Türkiyə prezidenti Qətər böhranını Ramazan ayının sonuna qədər həll etməyə çağırır”.
Global Times - Çin
“Qətərlə əlaqələrin kəsilməsi: Qəribə ərəb münaqişəsi”
Pravda - Rusiya
“Ərdoğan Səudiyyənin başçılıq etdiyi hərəkətləri Qətərə qarşı tətbiq edilən “ölüm cəzası”na bərabər adlandırıb və onun dediyi kimi, bu, böhtan kampaniyasının hədəfi olub”.
DW - Almaniya
“Türkiyə xarici işlər naziri Çavuşoğlu regional gərginlik fonunda Qətərə səfər edəcək: Türkiyə sanksiyalara qarşı Qətərin yanında olduğunu bildirib və Səudiyyə Ərəbistanını böhranın həllində liderlik etməyə çağırıb”.
Hürriyet Daily News - Türkiyə
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bölgədəki məqsədlərinə təhlükə yaratdığı üçün iki ölkəni bir neçə yolla seçərək Türkiyə və Qətəri hədəfə alıb.
Türkiyənin “Daily Sabah” qəzetində təhlil dərc olunub.
“Bir neçə Körfəz dövlətinin tətbiq etdiyi diplomatik təzyiq və faktiki blokada ilə üzləşən Qətər hazırda ərzaq çatışmazlığı və istehlakçı panikası kimi bir sıra problemlərlə üzləşir”.
Sputnik - Rusiya



