“Bu gün düşmənlərimiz sanksiyaları gücləndirir. Sanksiyalar dünənin və ya bu günün məsələsi deyil. Sanksiyalar lap əvvəldən mövcuddur; sanksiyaları gücləndirdilər, amma nəticə vermədi; onları yenidən gücləndirdilər; bunlar da işləməyəcək”, - deyə Ayətullah Xamenei çərşənbə günü Şimali Xorasan əyalətində on minlərlə insan qarşısında çıxışında bildirib.
Rəhbər ABŞ və bəzi Avropa ölkələrinin sanksiyaları İranın nüvə enerjisi proqramı ilə əlaqələndirməyə çalışdığını bildirib və əlavə edib ki, İrana qarşı embarqoların arxasında duran əsas səbəb nüvə məsələsi deyil, İran xalqının qlobal hegemonluğa qarşı müqavimətidir.
Ayətullah Xamenei ABŞ və müttəfiqlərinin Tehranın nüvə enerjisi proqramından əl çəkəcəyi təqdirdə İrana qarşı sanksiyaları ləğv edəcəkləri ilə bağlı iddialarını rədd edib.
“Onlar guya İran xalqı nüvə enerjisindən imtina edərsə, sanksiyalar aradan qaldırılacaq. Yalan deyirlər. Onlar [İrana qarşı] kin və nifrətlə qərarlar verir və irrasional sanksiyalar tətbiq edirlər”.
Rəhbər, bununla belə, vurğulayıb ki, İran xalqı son 33 ildə daha böyük problemlərin öhdəsindən gəldiyi üçün döyüşdə qalib gələcək.
(Press TV)


