Kosovo Milli Baletinin 40-cı ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Evlilik” (Düğün) türk baleti nümayiş etdiriləcək. Balet türkiyəli xoreoqraf Mehmet Balkan tərəfindən yaradılmışdır.
Dövlət Opera və Balet Baş İdarəsindən verilən yazılı açıqlamaya görə, Kosovo Milli Balet sənətçiləri dekabrın 14-də Ankaradakı Leyla Gencer Teatrında səhnəyə çıxacaqlar.
Əsər Kosovoda müharibə zamanı məhəbbət hekayəsindən bəhs edən melodramdır və türk, yunan, trakiya və balkan melodiyalarından ibarətdir. Kostyum dizaynı Tayfun Çebi, işıqlandırma dizaynı isə Şerif Sahiti və Mürsel Bekteşi tərəfindən hazırlanmışdır.
Tədbir ödənişsiz olacaq.
(HDN)


