Türkiyə Ədli Tibb Qurumunun sədri doktor Haluk İncə Türkiyənin mərhum prezidenti Turqut Özalın vəfatı ilə bağlı hələlik məlumat olmadığını bildirib.
İncənin bu sözləri müəyyən dairələrin Özalın 19 il əvvəl zəhərlənərək öldürüldüyünü iddia etməsindən sonra gəlib.
“Biz Özalın yarılmadan sonra hesabat üzərində işləməyə davam edirik. Hesabat hələ tamamlanmayıb. Biz hesabatı ən qısa müddətdə dərc edəcəyik”, - deyə doktor İnce vurğulayıb.
Özalın zəhərləndiyinə dair mübahisələrdən sonra bir müddət əvvəl eksqumasiya edilib.
(Anadolu Xəbər Agentliyi)



