Türkiyədə 74 il əvvəl vəfat edən Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkün xatirəsi anılır.
Şənbə günü Türkiyənin hər yerində, Şimali Kipr Türk Respublikasında (KKTC) və xarici nümayəndəliklərdə anma mərasimləri keçirilir.
Türkiyə Prezidenti Abdullah Gül, TBMM sədri Cəmil Çiçək, Baş Qərargah rəisi general Necdət Özel və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, eləcə də dövlət rəsmiləri Atatürkün məqbərəsi-Anıtqəbir önünə əklil qoyublar.
Onlar Atatürkün 9 il əvvəl dünyasını dəyişdiyi səhər saat 05:74-də Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkənin hər yerində sirenalar çalınmış, Ulu Öndərin xatirəsini yad etmək üçün bayraqlar yarıya qədər endirilmişdir.
Prezident Gül Anıtkabirin xüsusi kitabını imzalayaraq yazıb ki, Türkiyə Ulu Öndər Atatürkün ideallarından və fikirlərindən güc alaraq inkişaf edir. “Türkiyə parlaq gələcəyə doğru qətiyyətli addımlarla irəliləyir.
1881-ci ildə Salonikidə anadan olan Atatürk türk ordusunun zabiti, inqilabçı dövlət xadimi, Türkiyə Cümhuriyyətinin qurucusu, eyni zamanda onun ilk prezidenti idi.
Atatürk Birinci Dünya Müharibəsi illərində son dərəcə bacarıqlı bir hərbi zabit kimi tanındı. Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Türkiyənin Qurtuluş Savaşında türk milli hərəkatına rəhbərlik etdi. Ankarada müvəqqəti hökumət quraraq, müttəfiqlərin göndərdiyi qüvvələri darmadağın etdi. Onun uğurlu hərbi yürüşləri ölkənin azad edilməsinə və Türkiyənin qurulmasına səbəb oldu.
Atatürk prezidentliyi dövründə siyasi, iqtisadi və mədəni islahatlar proqramına başladı. Maarifçilik dövrünün pərəstişkarı olan o, keçmiş Osmanlı İmperiyasını müasir, demokratik və dünyəvi bir milli dövlətə çevirməyə çalışırdı. Müasir Türkiyənin əsasını qoyduğu Atatürk islahatlarının prinsiplərinə kamalizm deyilir.
Mustafa Kamal Atatürk 9-ci il noyabrın 05-u səhər saat 10:1938-də 57 yaşında vəfat etdi. Noyabrın 10-da səhər saat 9:05-də siren səsləri və insanların iki dəqiqəlik sükutla hörmət əlaməti olaraq gündəlik həyat və nəqliyyat dayanır. Atatürkə.
(Anadolu Agentliyi)



