Türkiyənin hərbi-sənaye şirkəti “Altay” adı altında yeni yerli tank buraxıb.
Agentliyin məlumatına görə, bu tankın istehsalına 50-yə yaxın hərbi təlimatçı cəlb olunub. Sınaqdan sonra tank Türkiyə ordusunda istifadə olunacaq.
Son illərdə Türkiyənin hərbi-sənaye şirkəti yerli müdafiə təyinatlı məhsulları istehsal etməyə davam edir.
Daha əvvəl bildirilmişdi ki, Türkiyənin hərbi-sənaye şirkəti “Aselsan” mobil zastava adlanan yerləri istehsal edəcək.
Səyyar zastavalar terrorçu Kürdüstan Fəhlə Partiyasının yaraqlılarına qarşı aktiv mübarizənin aparıldığı ərazilərdə sürətli quraşdırma üçün nəzərdə tutulub. Onlar tez bir zamanda çatdırılıb yerində yığıla və müvafiq avadanlıq daşıya bilərlər. Səyyar zastavaların ilk nümunələri uğurla sınaqdan keçirilib.
(Trend AZ)



