Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan içməli suyu Türkiyənin Anamur şəhərindən Şimali Kipr Türk Respublikasına (ŞKTC) su kəməri ilə daşıyacaqlarını bildirib.
Ərdoğan bu sözləri şənbə günü Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam qəsəbəsində siyasi partiyasının toplantısının açılış nitqi zamanı deyib.
“Biz buradan Rum Kiprinə çağırış edirik. Kiprli yunanlara lazım olsa içməli su verə bilərik. Ehtiyac olarsa, elektrik enerjisi ilə də təmin edə bilərik. Onların vəziyyətini görəndə kədərlənirik. Onlar tankerlərlə Kipr Rum administrasiyasına su gətirirlər və paslı su içmək məcburiyyətində qalırlar. İstəsələr paslı su içməkdən qaça, Anamurun təmiz suyundan dada bilərlər”, - Ərdoğan vurğulayıb.
(Anadolu Xəbər Agentliyi)



