Baş nazir Rəcəb Tayyib Ərdoğan iqtisadiyyata ziyan vurmaq üçün istehlakı dayandırmaq çağırışı edən etirazçıları “yazıq gəmiricilərlə” müqayisə edərək sərt tənqid edib. Ərdoğan bu təklifi “barbarlıq” adlandıraraq, bunun millətə zərər verəcəyini bildirib və “Gezi Parkı” etiraz dalğası zamanı dükançıların münasibətini tərifləyib.
“Bəziləri iqtisadiyyatı dayandırmaq üçün altıncı ay ərzində istehlakı dayandırmağa çağırışlar etdi. Biznesmenlərin çökməsinə səbəb olaraq hökuməti devirmək fikri barbardır”, - Ərdoğan iyulun 23-də Ankarada Türkiyə Sənətkarlar və Biznesmenlər Konfederasiyasının (TESK) təşkil etdiyi iftar yeməyində çıxış edərkən deyib.
“Türkiyə iqtisadiyyatını çökdürərək hökumətlə problemlərini həll etmək istəyənlərin 76 milyonluq [Türk xalqını] daşıyan gəmidə deşik açmağa çalışan yazıq gəmiricilərdən heç bir fərqi yoxdur”, - o əlavə edib.
Baş nazir daha əvvəl etirazçıları “talançılar” (türkcə Çapulcu) adlandırmışdı ki, bu da istehza ilə ingilisçiliyin “çapulçuları”na çevrilib və nümayişçilərin müharibə hayqırtılarından birinə çevrilib.
Ərdoğan İstanbul və Ankarada bir çox dükançının Gəzi etirazları səbəbilə çoxlu iqtisadi və maddi sıxıntılar çəkdiyini vurğulayıb.
“Təəssüf ki, bizim mağaza sahibləri hədəfə alınıb. Küçələrimizin terrora məruz qalması nəticəsində bir çox dükançıların biznesi iflasa uğradı. Mağazalar talan edildi. Bəzi mağaza sahibləri hədə-qorxu gəlib. Stol və stullar dağıdılıb. Dükançıların insanları sağlam düşüncəyə dəvət edən xəbərdarlığı dinlənilməyib”, - deyə Ərdoğan bildirib.
“Mağaza sahibləri tarix boyu vandalizm, talan və zorakılığa qarşı durmuşlar, çünki onların uzaqgörənliyi var. Onlar hadisələrin hara gətirib çıxara biləcəyini tez dərk edə və buna uyğun olaraq aydın münasibət bəsləyə bilərlər. Onlar hədəfə alınanın Türkiyənin sabitlik və güvən mühiti olduğunu gördülər və mövqe nümayiş etdirdilər” deyən Ərdoğan, dükan sahiblərinin hökumətdən “təhlükəsizlik və sabitlik” gözlədiklərini söylədi. “[Türk esnafı] həmişə ədalətin və qanunun yanındadır”.
İstanbuldakı Gəzi parkının yenidən qurulması layihəsi ilə başlayan təxminən iki aya yaxın davam edən etiraz aksiyaları əsasən polisin nümayişçilərə qarşı zorakılıqla basqıları nəticəsində genişlənib. Ərdoğan etirazları əvvəldən tənqid edərək, onları hökumətə qarşı plan kimi xarakterizə edib və “faiz lobbisini” iğtişaşları qızışdırmaqda ittiham edib.



