Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclaslarında iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.
Türkiyə Xarici İşlər Nazirliyinin bazar günü yaydığı bəyanatda Davudoğlunun oktyabrın 20-də Bakıda keçiriləcək İƏT Nazirlər Şurasının (COM) 15-ci iclasında iştirak edəcəyi bildirilib.
Bu arada Ərdoğan və Davudoğlu oktyabrın 12-da keçiriləcək İƏT Dövlət/Hökumət Başçılarının 16-ci Sammitində iştirak edəcəklər.
(Anadolu Xəbər Agentliyi)


